AŞININ SUYUNU VERMƏK
AT İZİNİ İT İZİNƏ QARIŞDIRMAQ
OBASTAN VİKİ
Köpək
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Panurq sürüsü
Panurq sürüsü — öz rəhbərinə kor-koranə tabe olan, onun hərəkətlərini təqlid edən və ya onun iradəsinə tabe olan insan qrupunu nəzərdə tutan ifadə. Eyni zamanda, bu cür itaətkarlıq bəzən ən ağır nəticələrə gətirib çıxara bilər. "Panurq sürüsü" ifadəsi öz yaranmasını XVI əsr fransız yazıçısı Fransua Rablenin "Qarqantüa və Pantaqrüel" əsərinə borcludur. "Qarqantüa və Pantaqrüel"in dördüncü kitabında əsas qəhrəmanlardan biri Panurq qoyun ticarəti ilə məşğul olan Dindeno (fr. Dindenault) ilə savaşır. Pantaqrüelin xahişi ilə baş tutan barışıqdan sonra, Panurq tacirdən onun qoyunlarının birini satın almaq istəyir. Tələb olunan qiyməti ödədikdən sonra sürüdəki "ən gözəl və ən iri" qoyunu seçib götürür. Tacir bu uğurlu al-verinə sevindiyi vaxt, Panurq heç bir söz demədən seçdiyi qoyunu dənizə atır. Bunun ardınca digər qoyunlar da özlərini dənizə atmağa başlayırlar. Basabas düşür və bütün qoyunlar özlərini digərlərindən əvvəl dənizə atmaq üstündə yarışırlar.
.at
.at — Avstriyanın internet kodu.
At
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi. == Təsnifatı == 7 müasir və 1 nəsli kəsilmiş növü var. === Müasir növləri === Prjevalski atı (Equus przewalskii) növü Vəhşi at (Equus ferus) növü Ev atı (Equus ferus caballus) yarımnövü Eşşək (Equus asinus) növü Qulan (Equus hemionus) növü Düzənlik zebri (Equus quagga) növü Dağ zebri (Equus zebra) növü Səhra zebri (Equus grevyi) növü === Nəsli kəsilmiş növü === Kvaqqa (Equus quagga) növü Zooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin ulaqlar, zebrlər və yarım ulaqlar növləri də daxildirlər. Professor B. O. Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər. Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlıq yerlərdə yaşamışlar. Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100–120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.
Köpək balığı
Köpəkbalıqları (lat. Selachimorpha) — Qığırdaqlı balıqların dəstəüstü. Bura 8 müasir dəstə, 20 fəsilə və 350-yə yaxın növ daxildir. Bundan başqa dəstəüstünə 4 nəsli kəsilmiş dəstə də daxildir. Təxminən 400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər. Akulaların həyat tərzi çox müxtəlifdir, əksəriyyəti yırtıcıdır, balıqla qidalanır, yalnız balina-akula və nəhəng akula plankton yeyəndir; az miqdarda olsa da bentosla qidalanan növləri də var. Qidalanmada qoxu bilmənin əhəmiyyəti böyükdür. Akulalar qana qarşı daha çox həssasdır, insan üçün də təhlükəlidir. İnsana hücum edən akulalardan pələngi akulanı, ağ akulanı, çəkici akulanı, qumluq akulalarını göstərmək olar.
Köpək pozası
Köpək pozası (ing. Doggy style) — cinsi münasibətdə cütlükdən birinin dörd ayağı üzərində əyildiyi (əsasən əlləri və dizləri üstündə) və yaxud qarın hissəsinin üstündə yatdığı seks pozası. Qəbul edən partnyor tərəfindən qəbul edilən duruş lordoz davranışına bənzəyir - bir çox dişi məməlilərdə tez-tez cinsiyyətə/çiftləşməyə hazır olduqları zaman müşahidə olunan fiziki duruşun əsas xüsusiyyəti onurğanın ventral əyilməsidir. Arxadan vaginal penetrasiya zamanı vajinaya daha dərindən nüfuz edə bilər, vajinanın arxa divarı ilə üstünlük təmasına və ehtimal ki, posterior forniksə çata bilər; missioner mövqeyində olarkən vajinanın ön divarı ilə üstünlük təşkil edir və penisin ucu ön forniksə çata bilər. == Üstünlüklər və mənfi cəhətlər == Tərəfdaşlardan birinin kürəyində problemləri və ya bəzi digər tibbi şərtləri varsa, it stili üstünlük verilən cinsi mövqe ola bilər. Bəzi qadınlar üçün it tərzi seks "G nöqtəsi" adlandırıla bilən bölgəni stimullaşdırmağa kömək edir. Bununla belə, bu mövqe klitorisin yalnız minimal stimullaşdırılmasını təklif edə bilər, baxmayaraq ki, skrotum bəzən klitorisin sürtünməsini təmin edir, beləliklə, qadında orqazm və ya cinsi stimul yaradır; belə ki, bəzi qadınlar orqazma nail olmaq üçün rəqəmsal stimullaşdırma tələb edə bilər.
Səadəddin Köpək
Səadəddin Köpək (ərəb dilində: سعد الدين كوبك بن محمد təxmini olaraq 1238–1239-cu illərdə edam edilmişdir) Anadolu Səlcuqlu Dövlətinin dövlət xadimi, əmiri və baş memarı olmuşdur. Sultan I Əlaəddin Keyqubad və Qiyasəddin Keyxosrovun dövründə vəzifədə olmuş və dövlət idaəsində mühüm rol oynayaraq böyük söz sahibi olmuşdur. Səadəddin Köpəyin həyatının ilk illəri haqqında tarixi mənbələrdə kifayət qədər məlumat mövcud deyildir. Ancaq atasının və anasının Konyada hörmətli ailələrə mənsub insanlar olması və anasının adının Şahnaz xanım olduğu istiqamətində iddialar mövcuddur. Çox güman ki, özü də Konyada anadan olmuşdur. Əsl adı "Köpək ibn Məhəmməd"dir. Səadəddin ona verilmiş olan ləqəbdir. “Köpək” sözünün o dövrdə türkcədə geniş yayılmış olmasa da, bir ad kimi işlənildiyi, Artuqlularda da bir türk bəyinin bu adı daşıdığı və bu adın o dövrdə təhqir mənasında işlənilmədiyi, əksinə "sadiq" mənasında işlənildiyi məlumdur. O, I Əlaəddin Keyqubadın dövründə əmir vəzifəsində işləmiş və tarixçi İbn Bibi tərəfindən əmir-i şikâr, miniatürçü və memar kimi qeyd edilmişdir. 1226-cı ildə I Əlaəddin KeyqubadınHarput ətrafında Əyyubilərlə apardığı müharibə zamanı Səlcuq ordusunun sol qanadında yerləşmiş olan qüvvələrinə komandanlıq etmişdir.
İbtidai insan sürüsü
İbtidai insan sürüsü — insanın ən yaxın heyvani əcdadlarının zooloji birliyini bilavasitə əvəz etmiş ilkin insan kollektivinin şərti adı. Alimlərin əksəriyyətinin fikrinə görə, ibtidai insan sürüsü dövrü müasir tipli insanın yarandığı dövrdur. İbtidai insan sürüsü arxeoloji cəhətdən Aşağı Paleolit və Orta Paleolitin bir hissəsini əhatə edir. Antropoloji cəhətdən bu dövr formalaşan insanların – arxantropların və paleoantropların (neandertallar) yaşadığı dövrdür. Onlar ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Əmək alətləri əl çapaçaqları, kobud kəsici alətlər (çopperlər), itiuclu və s. idi. Ehtimal ki, nizamsız nikah münasibətlərinin hökm sürdüyü ibtidai insan sürüsü dövründə bir sürü daxilindəki üzvlər arasında cinsi əlaqələr tədricən aradan qalxmış və qadağan olunmuşdur. Digər sürünün uzvləri ilə nikah bağlanmasına kecildikdən sonra tayfa yaranır. Э. В. Георгиевский.
AT&T
AT&T – (ing. American Telephone and Telegraph Company, azərb. Amerkan Telefon və Teleqram Şirkəti) ABŞ-də yerləşən bir telekomunikasiya şirkətidir. Aleksandr Bell tərəfindən qurulan Bell Telefon Şirkəti ilə birləşən AT&T, dünyanın ən böyük telefon şirkətidir. Qanuni səbəblərə görə Bell Sistemləri (köhnə adı Bell Telefon) və AT&T ayrılıblar.
AT klaviaturası
AT klaviaturası (ing. AT keyboard) IBM PC/AT kompüterlərinin dəstinə daxil edilmiş 84 klavişli klaviatura. Sonradan IBM-in genişləndirilmiş klaviaturası (101/102 klavişli) ilə əvəz edilmiş AT klaviaturası PC klaviaturası ilə, demək olar ki, eynidir, ancaq bəzi özəllikləri var: sağ yuxarı küncdə yerləşən əlavə <Sys Req> klavişinə malikdir, <Enter> klavişinin ölçüləri bir qədər böyüdülüb, klavişlərin yerləşməsi bir qədər dəyişdirilib, belə ki, <Escape> klavişi sol yuxarı küncdən sağ yuxarı küncə, tərs əyik cizgi (\) isə sol aşağı küncdən sağ yuxarı küncə köçürülüb. Orijinal PC klaviaturasından fərqli olaraq, bu cür yerləşmə standart yazı makinasındakı kimi olduğundan yığım üçün daha əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
At (Unix)
At — Unix əməliyyat sistemlərində hər hansı işi gələcəkdə bir dəfə çağırmaq üçün istifadə olunan komandadır.
At (şahmat)
At — Şahmat fiquru. Atın gedişi iki cür hərəkətdən ibarətdir: şaquli və ya üfüqi xətt üzrə bir xanaya, sonra başlanğıc xanadan uzaqlaşaraq diaqonal üzrə digər xanaya hərəkət edir.
At antilop
At antilop (lat. Hippotragus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid cins.
At askaridi
At askaridi (lat. Parascaris equorum) — heyvanlar aləminin yumru qurdlar tipinin xromadoreyalar sinfinin askaridkimilər dəstəsinin askaridlər fəsiləsinin parascaris cinsinə aid heyvan növü. == Haqqında == At askaridi atların nazik bağırsağında parazitlik edir. Bunlarda bədən qurdvarı formada olub, ucları sivridir. Dişi fərdlərdə bədənin hər iki ucu düz, erkək fərdlərdə isə arxa uc qarın tərəfə dogru qarmaq kimi əyilmişdir. Dişi fərdlər erkəklərə nisbətən uzun olur. Bədənin ön tərəfində ağız dəliyi terminalı yerləşir. O Üç kutikulyar dodaqla əhatə olunmuşdur. Daxili orqanlar ilk bədən boşluğunda yerləşir. İlk bədən boşluğu maye ilə dolu olur.
At gücü
At gücü (a. g.) — güc ölçü vahidi, 1 a.g. = 735,5 Vt. Dünyada “at gücü” ölçü vahidinin bir neçə ölçüsü vardır. Bir çox ölkələrdə “at gücü” anlayışı avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə edilməkdədir. Belə ki, 100 atlıq avtomobil deyincə, 100 dənə atın çıxardığı güc şəklində başa düşülür. At gücü adətən avtomobilləri tanıdarkən istifadə edilir, ancaq bu anlayışın təməli daha çox keçmişlə bağlıdır. At gücü, (ingiliscə tərcüməsi Horse Power və ya qısaca HP) anlayışını ilk dəfə 1782-ci ildə istifadə edən James Wattdır. Bu mühəndis ixtira etdiyi buxarlı maşınları satarkən müştəriyə maşının gücü haqqında məlumat verməli idi və o zamanlarda maşınlar çox inkişaf etməmiş olduğu üçün güc deyincə insanların ağlına atlar gəlməkdə idi. James Wattda bu yolu izlədi və gücün simvolu halına gələn atlarla və onların gücləri ilə maraqlanmağa başladı.
At paxlası
Vicia faba (lat. Vicia faba) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Faba faba (L.) House Faba vulgaris Moench Orobus faba (L.) Brot. Vicia esculenta Salisb.
At qripi
At qripi (ing. Eastern equine encephalitis virus) – Togaviridae fəsiləsinə aid virus növü. Atları öldürən bu virus nadir hallarda insan da ölümünə səbəb olur. Kanadanın Nova Skotiya əyalətində ağcaqanadlardan virusa yoluxan bir at ölüb. əyalətin baytar həkimi Rob Kerr məsələ ilə bağlı açıqlama verib. O deyib ki, həmin at "Eastern equine encephalitis" adlanan at qripindən ölüb. Bu qrip növü atlarda beyin iltihabına yol açır. Bu virus elmə çoxdan məlumdur, Amerika Yoluxucu Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzində qeydiyyata alınıb və öyrənilib. "Quş qripi"nə yoluxmuş toyuq və quşları sancan ağcaqanadlar əsas daşıyıcıdır. Virus atdan ata keçmir.
At təlimi
At təlimi, At tərbiyəsi (fr. dresaj tələffüzü: ˈdrɛsɑʒ/, tərbiyə, təlim etmək mənasınıdadır) atçılıq idmanının bir növü. Atı idarə etmək bacarığının ən ali forması, ali atsürmə məktəbi. Yarışlar zamanı at və süvari tərəfindən atsürmə, elementləri: yorğa, ispan yürüşü, pasaj, düzgün duruş, yerində sayma nümayiş etdirilir. Çapar bu zaman müxtəlif templərdə atın məşq hazırlığını, onun atletikliyini, hərəkətləri icra etmək, qamətin düzgün saxlanılması bacarığını nümayiş etdirməlidir. Bu yarışma iki: həvəskar və peşəkar formada keçirilir. At təlimi ya dresaj olimpia idman növüdür. == Arena == İki cür: kiçik və standart meydança mövcuddur. Hər bir meydança arena çərçivəsində hərəkətlərin harada icra olunacağını bildirmək üçün hərflərlə işarələnmişdir. Kişik arena 20m en və 40 m uyunluğa malikdir.
At yarışı
At yarışı, ən qədim və ən məşhur idmanlardan biridir. İlk at yarışları, köhnə Türk dövlətlərində keçirilmişdir. Hititler, Asurlular, Romalılar və Misirlilərin at yarışları təşkil etdiyi bilinməkdədir. Homeros E.Ə. 9-cu ya da 8-ci əsrdə yazdığı İlyada adlı əsərində atlı araba yarışlarından danışır. Şimali Afrikalı, Çinli, Fars və Ərəb minicilərin də yarışlar etdiyi bilinməkdədir. İlk nizamlı yarışlar, 17-ci əsrdə İngiltərə Kralı II. Çarlz dövründə edildi. 1665-də Şimali Amerikada ilk rəsmi at yarışı təşkil edildi. At yarışları, bugünkü beynəlxalq formasını 19-cu əsrin ortalarına doğru qazanmağa başladı. İndiki vaxtda ən məşhur İngilis maneəli yarışı, Liverpuldakı Aintree qaçış sahəsində edilən Böyük Milli Yarışdır. İndiki vaxtda at yarışları safkan ya da yarımkan atlarla edilər.
Kiçik At
Kiçik At (lat. Equuleus) — göyün şimal yarımkürəsində balaca bürc.
Marenqo (at)
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Qara at
Qara at (ing. Dark horse) — əvvəlcə qələbə iddiası üçün müzakirə olunmayan, birdən-birə güclənən namizəd və qələbə üçün iddiaçı. İlk dəfə konserpt Benjamin Dizraelinin "Cavan Hersoq" (1831) novellasında qeyd olunub.
Qır at
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Vəhşi at
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
At (dəqiqləşdirmə)
At